Gözünüz mehriban, ey tindaşlar. Düz 36 gündən sonra yeni manatımız dünyaya gözlərini açacaq. Mehriban demişkən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları fondu rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti , dahi, dünya şöhrətli ölməz şəxsiyyət Heydər Əliyevin gəlini, gənc və perspektivli lider İlham Əliyevin arvadı və ən sonda Milli Məclisin deputatı Mehriban Əliyeva hakimiyyət uğrunda mübarizəyə girişib. Yeni iqtisadi inkişaf naziri olan Heydər Babayev Mehriban xanımın bacısının qudasıdır. Yeni Səhiyyə naziri Oktay Şirəliyev də onun ən yaxın qohumudur. Uzatmayım, özünüz uruscax məqalədən oxuyun. Yeri gəlmişkən bir dənə də aşağıdakı şəkilə layiq sayt göndərib tindaşlardan: www.mehribanaliyeva.com

|
• 26/1/2008 - movzudan kenar da olsa
Turkluye gelince men de oz fikrimi bildirmek isteyirem
Azerbaycanli - ne demekdir? Azerbaycanda yasayan demekdir,bir ozunuz dusunun, bu milletin adi ola bilmez axi.
Deyirsiz ki,dovletimiz cox milletlidir,lezgi ,talish ve s yasayir,amma lezgiden sorushanda milliyetin nedir deyir- lezgi ,talish deyir -talisham. ve bu normaldir onlar oz koklerine baglidirlar. Hec biri demir ki men Azerbaycanliyam. Bes niye biz oz kokumuzu daniriq? Biz turkuk - Azerbaycanli turk . Azeri turku- birlesmesini tam olaraq qebul ede bilmirem cunki,azeri-deyilen millet yoxdur,ona gore de Turkiyeliler bize -siz azerisiniz deyende qebul ede bilmirem.
imza hekimqiz